Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zəngəzur​ dəhlizinin​ açılışı​ regionun​ inkişafında​ mühüm​ əhəmiyyət​ kəsb​ edəcəkdir

0

  • ​         Azərbaycanın​ Cənubi​ Qafqazda​ yaratdığı​ yeni​ reallıqlarla​ həm​ də​ regionun​ tarixində​ mühüm​ səhifə​ açdı. Artıq​ region​ ölkələrinin​ və​ qonşu​ ​ dövlətlərin​ qarşısında​ tamamilə​ yeni, prespektivli​ inkişaf​ istiqamətləri​ açaçılıb. Il Qarabağ​ müharibəsində​ əldə​ olunmuş​ qələbəmiz​ belə​ desək​ regionda​ Azərbaycan​ dövlətinin​ gələcək​ inkişafı​ üçün​ böyük​ iqtisadi​ əməkdaşlıq​ sahəsində​ qonşu​ dövlətlərlə​ ticarət​ və​ nəqliyyat​ əlaqələrinin​ qurulması​ üçün​ böyük​ imkanlar​​ yaratmışdır.        Azərbaycanın​ qələbəsi​ həm​ ölkəmizin, həm​ də​ regionun​ inkişafında​ yeni​ bir​ mərhələ​ açıb. 44​ günlük ​ Vətən​ müharibəsi​  böyük ​ ​bir​ ərazinin​ geri​ qaytarılması​ ilə​ yanaşı,​ ​ Ermənistanın​ ​ biyabırçı​ məğlubiyyəti,​ Azərbaycan​ dövlətinin​ gələcəyinə​ ​uğurlu​ iqtisadi​ töhfə​ ​ verə​ biləcək​ yaranmış​ məqamlardan​ biridə,​ ​ 2020-ci​ ilin​ Noyabr​ ayının​ 20-də​ ​ ​Rusiya​ ​ Federasiyası, Azərbaycan​ dövləti​ və​ Ermənistanın​ ​ ​hərbi ​ ​mümünaqişəni dayandırılmasına​ dair​ ​ imzalanmış​ üçtərəfli​ ​bəyanata​ ​ əsasən​ Azərbaycan​ dövləti​ ​ Naxçıvanla​ nəqliyyat​ əlaqələrinin ​ açılması​ üçün, ​ Ermənistan​ tərəfin​ ​ Zəngəzur​ ​ dəhlizinin​ açılması ​ üçün​ razılığın​ verilməsi,​ ​ həmin​ imzalanmış​ bəyanatda​ ​ qeyd​ olunmuşdur. Uzaqgörən​ və​ qətiyyətli​ siyasətçi​ ​ Prezident​ Cənab​ İlham​ Əliyev​ həm​ 44​ günlük​ Vətən​ müharibəsində​ həmdə​ müharibədən​ sonrakı​ dövrdə​ daim​ Azərbaycan​ dövlətinin​ Qafqazda​ güclənməsi​ ​üçün​ iştirak​ etdiyi​ hər​ bir​ ​ ​ möhtəşəm​ Beynəlxalq​ əhəmiyyyətli​ ​ iclaslarda​ regionda​ yeni​ əməkdaşlığın​ qurulmasının​ vacib​ olduğunu​ qeyd​ edərək​ Prezident ​ İlham​ ​ Əliyev​ aprelin​ 13 - də​ ADA​ ​ Universitetində​ ​ keçirilmiş “Cənubi​ Qafqaza​ yeni​ baxış: münaqişədən​ sonra​ ​ inkişaf​ və​ əməməkdaşlı" adlı​ beynəlxalq​ ​ konfransda​ səslənən​ fikirlər də​ bunu​ bir​ daha​ təsdiq​ etmiş​ oldu. Prezident​ Cənab​ İlham​ Əliyevin​ dediyi​ kimi​ “​İnkişafın​ əsası​ sabitlikdir. İnkişaf​ üçün​ Azərbaycan​ daxilində,​ eləcədə​ sərhədlərdən​ kənarda​ stabilliyə​ ehtiyac​ var. Təbii​ ki,​ Azərbaycan​ riskləri ​minimumlaşdırmaq​ üçün​ müvafiq​ addımlar​ atacaq​".​ ​Bu​ ilin mart​ ayının​ 31-də​ Türk​ dövlətlərinin​ Prezidentlərinin​ videoformatda​ keçirilən​ iclasında​ Prezident​ Cənab​ İlham​ Əliyev​ çıxışı​ zamanı​ qeyd​ etmişdir​ ki,​ Zəngəzur​ dəhlizinin​ bərpası​ bir​ çox​ Türk​ dövlətləri​ ilədə​ bir​ çox​ sahələrdə​ xüsusilə​ turizm, ticarət, iqtisadi​ sahələrdə​ əməkdaşlığın​ əlaqələrin​ qurulması​ çox​ böyük​ strateji​ əhəmiyyətə​ ​Aprel​ ayının​ 20-də​ Azərbaycan​ Respublikasının​ Prezidenti​ ​ Cənab​ İlham​ Əliyev​ Hacıqabul​ rayonuna​ səfəri​ zamanı​ Azərbaycan​ televiziyasına​ müsahibə​ verərkən​ müharibədən​ sonrakı​ mərhələdə​ işğaldan​ azad​ olunmuş​ torpaqlarmızda​ görülən​ və​ gələcəkdə​ görüləcək​ işlərdən​ söz​ açmışdır. Dövlət​ televiziyasına​ müsahibəsi​ zamanı​ Prezident​ ​ İlham​ Əliyev​ qeyd​ etmişdir​ “​Azərbaycan​ ​ xalqı​ 101​ il​ bundan​ əvvəl​ bizim​ əlimizdən​ alınmış​ Zəngəzura​ qayıdacağıq​'. Həmçinin​ Müzəffər​ Ordumuzun​ Ali​ Baş​ Komandan qeyd etmişdir ki,​ biz​ regionda​ inkişafı, sabitliyi​ qoruyub​ saxlamaq​ üçün​ əlimizdən​ gələni​ əsirgəmirik,​ hər​ bir​ əməkdaşlığa​ hazırıq. Biz​ imkan​ verə​ bilmərik, Ermənistan​ yenə​ də​ öz​ ordusunu​ o​ vəziyyətə​ gətirib​ çatdırsın​ ki,bizə​ hansısa​ təhdid​ olsun. Çünki​ bu​ milli​ ​ müdafiədir, milli​ təhlükəsizlik​ məsələsidir. Bununla​ paralel​ olaraq​ ​ biz​ əməkldaşlığa​ da​ hazırıq -​ baxmayaraq​ ki, Ermənistan​ azərbaycanlılara​ qarşı​ dövlət​ səviyyəsində​ soyqırımı​ törətmişdir. Baxmayaraq​ ki,​ bizim​ bütün​ tarixi, dini​ abidələrimiz​ dağıdılıb,​ biz​ gələcəyə​ baxmalıyıq. Biz​ əlbəttə​ erməni​ vəhşiliyini​ heç​ vaxt​ unutmayacağıq. Hacıqabul​ rayonuna​ səfərdə​ olarkən​ ​ Aztv-yə​ müsahibəsində​ qətiyyətlə​ Cənab​ Prezident​ öz​ çıxışı​ zamanı​ onu​ da​ ​qeyd​ etmişdir​ ki, “Biz​ öz​ maraqlarmızı​ ​ təmin​ etmək​ üçün​ lazımi​ addımları​ atmalıyıq. Zəngəzur​ dəhlizinin​ yaradılması​ bizim​ milli,​ tarixi​ ​ və​ gələcək​ maraqlarmıza​ tam​ cavab​ verir. Biz​ Zəngəzur​ dəhlizini​ ​ icra​ edəcəyik, Ermənistan​ bunu​ istəsə​ də, istəməsə​ də. İstəsə,​ daha​ ​ asan​ həll​ edəcəyik.​ Necə​ ki,​ mən​ müharibədən​ əvvəl​ ​ və​ ​müharibə​ dövründə​ demişdim​ ki, bizim​ torpağımızdan​ öz​ xoşunuzla​ rədd​ olun,​ yoxsa​ sizi​ zorla​ çıxaracağıq. Belə​ də​ oldu. Zəngəzur​ ​ dəhlizinin​ taleyi​ də​ eyni​ olacaq​ “. Əllbəttə​ Prezident​ İlham​ Əliyevin​ qeyd​ etdiyi​ kimi​ bizim​ bu​ gün​ Qarabağın​ dirçəldilməsində​ yol​ çəklişlərinin​ salınmasında​ ümumiyyətlə​ bölgənin​ gələcəkdə​ normal​ infrastrukturunun​ qurulmasında​ bizim​ əsas​ rəqibimiz​ zamandır. Daha​ dərindən​ düşünsək​ ​ Ermənistanın​ müharibədən​ sonrkı​ ​ gələcək​ ​ ​ ​ taleyi​ Azərbaycan​ dövləti​ ilə​ əməkdaşlığın​ yaradılmasında​ asılı​ olacaqdır​ desək​ heç​ yanılmarıq. Daim​ iqtisadi​ böhran​ içərisində​ ​ əhalisinin​ isə​ yoxsulluq​ içərisində​ yaşadığı​ Ermənistan​ bundan​ sonra​ revanşist​ şüarlar​ səsləndirməyə ​ qalxarlarsa, bu, erməni​ ​ xalqına​ daha​ böyük​ bədbəxtlikdən​ başqa​ heç​ nə​ gətirməz. Azərbaycanın​ tarixi​ torpağı​ olan​ Zəngəzur​ mahalı​ erməni​ havadarlarının​ köməyi​ ilə​ Ermənistana​ ​ verilməsindən​ bir​ əsr​ keçməsinə​ ​ baxmayaraq,​ indi​ bu​ doğma​ yerlərə​ qaydacağımız​ günə​ çox​ az​ qaldığı​ mesajını​ qətiyyətlə​ səsləndirən​ Prezident​ İlham​ Əliyevin​ bu​ fikirləri​ düşmənlərmizi​ narahat​ etsə də,​ Azərbaycan​ xalqının​ qəlbində​ qürur​ hissi​ yaratmış, xalqımız Prezidentin​ bu​ fikirlərini​ yüksək​ qiymətləndirmişdir. Cənab​ Prezidentimizin də​ ​ dediyi​ kimi,​ münaqişənin​ tarixi​ təhrif​ ​ olunmadan​ xalqın​ yaddaşında​ ​ qalmalıdır. Xüsusilə​ gənc​ nəsil​ tarixi​ həqiqətləri​ olduğu​ kimi​ bilməlidir. Gənc​ nəsil​ Zəngəzurun, tarixi​ Azərbaycan​ ərazisi​ olmasını​ ​bilməlidir.Bahar Əliyeva,​Xocalı​ rayon​ ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib50 dəfə
    Zəngəzur​ dəhlizinin​ açılışı​ regionun​ inkişafında​ mühüm​ əhəmiyyət​ kəsb​ edəcəkdir

    Maraqlı gələ bilər
    109